EKOSİSTEMİN SƏHRALAŞMASI

quru iqlim şəraiti ərazisində səmərəsiz və hədsiz istifadə olunması nəticəsində ekosistemin dağılması (pozulması). Azərbaycan Respublikasının dağətəyi və düzən rayonlarında səhralaşma prosesi meşələrin müxtəlif tipli şibləklərə, bedlendlərə, otlaq və əkin yerlərinin isə şorlaşmış sahələrə, bataqlıqlara (qamışlıqlara) çevrilməsi istiqamətində gedir. Bu proses suvarma kanalarının təşkili və istifadəsinin düzgün aparılmaması, sistemsiz mal-qara otarılması, aqrotexniki qaydalara riayət olunmaması, texnikadan düzgün istifadə edilməməsi, plansız yol şəbəkəsinin salınması nəticəsində baş verir.
EKOSİSTEM
EKSARASIYA
OBASTAN VİKİ
Ekosistemin komponentləri
Ekosistemin komponentləri-ekosistemin (biogeosenozun) fəaliyyətini təmin edən əsas tərkib hissələri. == Ümumi məlumat == Ekosistemin komponentləri abiotik və biotik olmaqla 2 hissəyə ayrılır. Biotik amillər öz növbəsində avtotroflar, produsentlər (sadə qeyri üzvi birləşmələrdən üzvi maddələr yaratmaq qabiliyyətinə malik olanlar) və heterotroflara (mikrokonsumentlər (faqotroflar)) ayrılır. Belə ki, heterotrof orqanizmlər (əsasən heyvanlar) digər orqanizmlərdə və ya üzvi maddənin bir hissəsi ilə qidalanırlar. Redusentlər başqa cür adlandırsaq mikrokonsumentlər (osmotroflar, saprotroflar) – heterotrof orqanizmlər olub (əsasən göbələklər və bakteriyalar) üzvi birləşmələri parçalayaraq (zülallar, karbohidratlar və s.) bəzi parçalanan (çürüyən) ərzaqları udur və qeyri üzvi maddələr yaradırlar. Bu isə produsentlərin qidalanması üçün yararlıdır. Heterotrof orqanizmlər özləri dəbiofaqlara (digər canlı orqanizmlərlə qidalanan orqanizmlər) və saprofaqara (ölü üzvi maddələrlə qidalanan orqanizmlər) bölünürlər. == Biogen ekosistemin komponentləri == Biotik və abiotik ekosistemin komponentləri bir-birilə üzvi maddələrlə bağlı olub biogen ekosistemin komponentlərində birləşir. Biogen ekosistemin komponentlərinə canlı orqanika (biokütlə adlanır) və ölü orqanika olmaqla 2 hissəyə ayrılır. Töküntü– bitki qruplaşmalarının hər il yerüstü və yeraltı hissələrinin çürüyən hissəsinə deyilir.
Ekosistemin qida xarakterinə görə quruluşu
Ekosistemdə canlılar qidalanma xüsusiyyətinə görə bu cür qruplaşırlar: Avtotrof canlılar (trofe-yem deməkdir) sərbəst qidalanan canlılardır. Onlar günəş enerjisindən və qeyri-üzvi birləşmələrdən oksidləşmə reaksiyası nəticəsində ayrılan enerjidən istifadə edib, ətraf mühitin mineral komponentləri (karbon qazı, birləşmə halında olan azot, kükürd və s.) hesabına öz hüceyrələrinin üzvü maddələrini sintez edir, yəni biokütləsini yaradırlar. Belə canlılara ilk produsentlər deyilir, yaşıl bitkilər, fotosintezedici prokariot mikroorqanizimlər, hemosintezedici bakteriyalar buraya aiddir. Deməli ekosistemdə üzvü maddə və onunla bağlı enerji yaradan canlılar avtotrof orqanizimlərdir. Heterotrof canlılar- başqa canlılnı yeyənlərdir. Bunlar fotosintez və hemosintez nəticəsində yaranan üzvü maddələri yeməklə onların parçalanması və çürüməsi nəticəsində alınan enerji hesabına yaşayırlar. Heterotrof orqanizimlər enerji baxımından şərti olsa da iki böyük qrupa ayrılırlar: Konsumentlər-yəni hazır üzvü maddə yeyənlər, heyvanlar, həşaratyeyən və parazit bitkilər. Redusentlər-mikrokansumentlər, yəni ölü orqanizimləri yeyənlər. Onlar ölü orqanizimləri çürüdüb mineral qalıqlara qədər parçalayırlar. Üzvü birləşmələrin karbon turşularına, suya və mineral komponentlərə (anion və kationlar) qədər parçalanması prosesi redusentlərin köməyi ilə sürətlənir.Nəticədə ölü orqanizimlərin tərkibindəki biogen elementlər bioloji dövrana qayıdır və dəfələrlə istifadə edilir.